AZ

Pasiyentlərin təhlükəsiz müalicəsi üçün multidisiplinar yanaşma vacibdir - QHT sədri

Martın 10 -da Pasiyent Təşkilatları İttifaqı və TƏBİB-in birgə təşkilatçılığı ilə “Pasiyentlərin təhlükəsizliyi və müasir müalicə yolları” mövzusunda tədbir keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə iştirak edən “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin sədri Çingiz Ramazanlı bu barədə bildirib ki, müasir səhiyyə sisteminin əsas prioritetlərindən biri pasiyentlərin təhlükəsiz və keyfiyyətli müalicəsinin təmin olunmasıdır. Onun sözlərinə görə, bu məqsədlə təşkil olunan elmi konfrans və müzakirələr tibb mütəxəssisləri, tədqiqatçılar və vətəndaş cəmiyyəti nümayəndələri üçün mühüm fikir mübadiləsi platforması yaradır:

"Tədbirdə “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi də iştirak edir. Təşkilat uzun illərdir pasiyent yönümlü təşəbbüslərin inkişafına, onların hüquq və maraqlarının qorunmasına töhfə verir. Konfransın əsas məqsədi pasiyentlərin beynəlxalq standartlara əsaslanan multidisiplinar müalicə modelinin təşviqi, müasir yanaşmaların müzakirəsi və səhiyyə sahəsində təcrübə mübadiləsinin aparılmasıdır. Bu cür platformalar səhiyyə sisteminin inkişafına və pasiyentlərin daha təhlükəsiz müalicə imkanlarının genişlənməsinə mühüm töhfə verir".

 

 

 

Seçilən
85
qht.az

1Mənbələr