AZ

Xorvatiya prezidenti Avropa Komissiyasının rəhbərini sərt tənqid etdi

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xorvatiya Prezidenti Zoran Milanoviç bəyan edib ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen seçkidə iştirak etmədiyi üçün siyasətçi yox, sadəcə məmurdur.

Oxu.Az xəbər verirki, bu barədə TASS məlumat yayıb.

"Fon der Lyayen Avropaya rəhbərlik etmək istəyir, lakin o, siyasət adamı deyil, bürokratdır. O, heç bir yerdə seçilməyib və Avropa Parlamentinə namizədliyini irəli sürməyib. Avropa sazişləri olduğu kimi qalıb, dəyişikliyə məruz qalan ancaq hakimiyyətin qəsb edilməsidir",- deyə Milanoviç qeyd edib.

Dövlət rəhbəri onu da vurğulayıb ki, Xorvatiyada prezident vətəndaşların səsverməsi yolu ilə seçilsə də, onun səlahiyyət çərçivəsi məhduddur: "Mövcud sistemə görə, siyasətə müdaxilə etmək niyyətində deyilsinizsə, kənarda qalın".

Xatırladaq ki, martın 9-da bir sıra mətbuat orqanları bəzi avropalı diplomatların Ursula fon der Lyayeni səlahiyyət həddini aşmaqda günahlandırdığını dərc edib. Bu vəziyyət xüsusən İranla bağlı məsələlərdə daha aydın nəzərə çarpır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
99
1
oxu.az

2Mənbələr