AZ

32 ölkə razılığa gəldi! Bazara böyük miqdarda neft ehtiyatları çıxarılacaq

Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib ki, BEA üzv ölkələri agentliyin tarixində ən böyük həcmdə 400 milyon barel strateji neft ehtiyatlarının azad edilməsi barədə razılığa gəliblər.

Turkustan.az xəbər verir ki, Parisdəki Beynəlxalq Enerji Agentliyinin (BEA) qərargahında çıxış edən Birol, Yaxın Şərqdəki gərginliyin qlobal neft və qaz bazarları üçün əhəmiyyətli təsirlərə malik olduğunu bildirdi. O, Hörmüz boğazından gündəlik 15 milyon barel xam neft və 5 milyon barel neft məhsulunun daşındığını və bunun dəniz yolu ilə qlobal neft ticarətinin 25 faizini təşkil etdiyini qeyd etdi.

Birol Hörmüz boğazından neft, qaz və digər malların keçidinin demək olar ki, tamamilə dayandığını və kifayət qədər alternativ marşrutların olmaması və mövcud saxlama tutumlarının doldurulması səbəbindən Yaxın Şərqdəki neft istehsalçılarının hasilatı azaltmağa başladığını qeyd etdi. Birol həmçinin qaz bazarlarındakı vəziyyətin çətinləşdiyini və xüsusilə Qətər və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən təchiz edilən mayeləşdirilmiş təbii qaz (LNG) yükləri üçün məhdud alternativlərin olduğunu bildirdi.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
74
turkustan.az

1Mənbələr