“Ayaks”da növbəti baş məşqçi dəyişikliyi zəruri sayılıb. Amsterdam klubunun rəhbərliyi bu mövsüm ikinci dəfə məşqçi postinu yeniləməyi lazım bilib.
"Football-plus.az" xəbər verir ki, buna qədər klubun gənclərdən ibarət komandasına rəhbərlik etmiş Oskar Qarsiya əsas komandanın baş məşqçi təyin edilib. 52 yaşlı ispaniyalı mütəxəssislə müddəti 2027-ci ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalanıb. Qarsiya karyerası ərzində “Makkabi” (Təl-Əviv), “Uotford”, “Zaltsburq”, “Sent-Etyen”, “Olimpiakos”, “Selta” və “Reyms”in də baş məşqçisi olub.
O, yeni iş yerində Fred Qrimin yerini tutub. Qrimin baş məşqçi postundan ötən ilin noyabrında istefaya göndərilən Con Heytinqaya xələf olduğunu da xatırladaq. “Ayaks” hazırda Niderland çempionatında 26 oyuna 44 xalla 5-ci yeri tutur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta