AZ

Bakı və Gəncədə avtobus marşrutları Google Maps də görünəcək

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Şəhər naviqasiyasında müxtəlif seçimlərin mövcudluğu ümumilikdə müsbət hal hesab olunur. Çünki bütün nəqliyyat və xidmət qurumlarının əsas məqsədi sərnişinlərin məmnunluğunu təmin etməkdir.

BAKU.WS-in məlumtına görə, bu təkcə yeni, sürətli, komfortlu və təhlükəsiz avtobusların istifadəyə verilməsi ilə məhdudlaşmır.

Eyni zamanda marşrutların hansı istiqamətlər üzrə hərəkət etməsi, səfərlərin uzlaşdırılması, avtobusların gəlmə vaxtı və digər məlumatların sərnişinlər üçün əlçatan olması da böyük əhəmiyyət daşıyır.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev BAKU.WS-ə bildirib ki, bu baxımdan məlumatların həm mobil tətbiqlərdə, həm də dünyada geniş istifadə olunan xəritə platformalarına inteqrasiyası vacibdir:

"Belə olduqda vətəndaşların seçim imkanları genişlənir. Onlar istər mobil tətbiqlər, istərsə də "Google Maps" kimi platformalar vasitəsilə səfərlərini əvvəlcədən planlaşdıra, hansı marşrutun daha rahat olduğunu, nə qədər müddətə təyinat nöqtəsinə çatacağını və nəqliyyatın neçə dəqiqədən sonra gələcəyini asanlıqla öyrənə bilirlər.

Sevindirici haldır ki, bu sistem artıq təkcə Bakı ilə məhdudlaşmır. Yenilənmiş Gəncə avtobus parkının məlumatları da "Google Maps" sisteminə inteqrasiya olunub. Ümid edilir ki, növbəti mərhələlərdə Naxçıvan və digər şəhərlərdə də yenilənən avtobus parkları ilə yanaşı, bu cür rəqəmsal məlumatların inteqrasiyası daha da genişləndiriləcək.

Belə addımlar vətəndaşların səfərlərini əvvəlcədən planlaşdırmasına, şəhər daxilində daha rahat istiqamətlənməsinə və ictimai nəqliyyatdan daha səmərəli istifadə etməsinə mühüm töhfə verir".

Orxan Hüseyn

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
2
baku.ws

3Mənbələr