AZ

SSRİ pionerlərinin sevimli düşərgəsinin SİRLƏRİ Yerin altından tapılanlar hər kəsi dəhşətə gətirdi FOTO

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Vaxtilə SSRİ-də ən yaxşı düşərgə hesab olunan Artek pioner düşərgəsinə getmək hər bir sovet uşağının arzusu idi. Qaydalara görə, əlaçı şagird ora tamamilə pulsuz göndərilə bilərdi.Hətta sovet şagirdlərinin çoxu məhz Artek eşqinə həvəslənib, bir-biri ilə yarışıb əlaçı olmağa çalışırdılar. Lakin bu məşhur düşərgənin üstü nə qədər xoşbəxt olsa da, altından bir zamanlar yaşanmış bədbəxtliklər gün işığına çıxırdı. Təbii ki, onlar haqqında həqiqət Sovet İttifaqında ciddi cəhdlə gizlədilirdi.Maraq üçün bildirək ki, Artek elə əvvəldən kədər üzərində inşa edilmişdi. Yəni düşərgə 1925-ci ildə vərəmli uşaqlar üçün nəzərdə tutulmuşdu. Onlar əhalidən uzaq yerdə, çadırlarda yaşayırdılar. Amma sonra nə oldusa (bu da gizlidilir) kommunist təbliğatı üçün bir vasitəyə çevrildi. Çadırların yerinə taxta binalar, klinika və digər infrastruktur tikildi. 15 respublikadan əlavə dost ölkələrdən də uşaqlar düşərgəyə gəlməyə başladı.

1937-ci ilin repressiv əli bu məsum görüntülü uşaq düşərgəsinə uzandı. NKVD israrla bildirirdi ki, düşmən qüvvələr yeməklərə nəsə qatıb, yeniyetmələrə təcavüz etməyə çalışıblar. Buna görə 22 nəfər məhkəmə qarşısına çıxarıldı, lakin tezliklə bəraət qazandılar. Təxminən 10 ildən artıq sükutdan sonra bu düşərgənin adı yenidən məxfi orqanlarda çəkilməyə başladı. 1949-cu ildə Alla adlı pioner qız uçurumdan yıxılaraq öldü. Düşərgədə yoxlamalar başladı. Bu zaman ölüm işi bir kənara qaldı, düşərgədəki özbaşınalıq diqqət çəkdi. Məlum oldu ki, illərdir burda qalan uşaqlar çirkli yorğan-döşəkdə yatırmışlar. Aşpazlar qida oğurluğu və kənarda satışı ilə məşğul imiş.Amma daha qorxunc faktlar isə 1966-cı ildə düşərgə ərazisində aparılan qazıntılar zamanı üzə çıxdı.

Torpaqdan altı kişinin skeleti tapıldı. Lakin kəllələr və əl sümükləri yox idi. Daha sonra aparılan araşdırmalar nəticəsində uşaq skeletinin olduğu bir sandıq aşkar edildi. Təəssüf ki, bu sümüklərin kimə aid olduğu, onların hansı şəraitdə öldüyü barədə məlumatlar sirr olaraq da qaldı.Nəhayət, Sovet İttifaqının dağılması Artekə də təsir etdi. Düşərgə ərazisində kotteclər və otel tikildi və torpağın bir hissəsi satıldı. 2014-cü ildə isə Artekin yenidən qurulmasına başlanıldı və uşaqlar bir neçə ay ərzində geri qayıda bildilər. Amma torpağın altı bir daha heç kimi maraqlandırmadı.

Şəfiqə Şəfa, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
1
bizim.media

2Mənbələr