AZ

“Qarabağ” malili hücumçu ilə maraqlanır 

Bolqarıstanın “Levski” klubunun hücumçusu Mustafa Sanqare karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ” malili futbolçu ilə maraqlanır. Ağdam təmsilçisi artıq bir neçə gündür 27 yaşlı forvardla danışıqlar aparır. Dizindən zədəsi olsa da, klub mövsümün sonunda onun transferini reallaşdırmaq niyyətindədir.

“Transfermarkt”ın 1,5 milyon avro dəyər verdiyi Sanqarenin “Levski” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. O, cari mövsümdə 29 oyunda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
29
idmanxeber.az

1Mənbələr