AZ

Rusiyadan İranda işləyən ruslarla bağlı son açıqlama

“Rosatom” dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçev Buşehr AES-in işçilərinin İrandan təxliyə edilməsində göstərdiyi köməyə görə Ermənistan hakimiyyətinə təşəkkür edib.

Musavat.com-un məlumatına görə, bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin mətbuat xidməti xəbər verir.

Bir neçə gün əvvəl Lixaçev İrandakı Buşəhr AES-də 639 Rusiya vətəndaşının olduğunu açıqlamışdı.
Zavodun işçiləri Norduz-Əkərək sərhəd-keçid məntəqəsi vasitəsilə Ermənistana keçiblər.

“Mən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə, təhlükəsizlik qüvvələrimizə, həm İranın, həm də Ermənistanın rəhbərliyinə bu əməliyyatı həyata keçirdiklərinə görə təşəkkür etmək istəyirəm. Hələlik ərazidə 450-yə yaxın adam qalıb, hələ də İranı tərk edə bilməyənlər", - Lixaçev bildirib.

Yaxın Şərqdə eskalasiya başlayandan bəri 196 Rusiya vətəndaşı İrandan Ermənistan vasitəsilə Rusiyaya qayıdıb ki, onların da əksəriyyəti martın 11-də təxliyə edilən Buşəhr AES-in işçiləri olub.

Musavat.com

Seçilən
30
6
musavat.com

7Mənbələr