AZ

Gəncədə töhmət alan məktəb direktoru işdən çıxarıldı

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

Gəncə şəhər 20 nömrəli orta məktəbin direktoru Mehriban Mahmudova tutduğu vəzifədən azad olunub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Mehriban Mahmudovanın direktor kimi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ilə əmək müqaviləsi bitib və direktor işlədiyi müddətdə töhmət aldığı üçün müqavilə yenilənməyib. Direktor vəzifəsinin müvəqqəti icrası isə müavinə həvalə edilib.

Məlumat üçün bildirək ki, M. Mahmodova daha öncə 27 nömrəli tam orta məktəbdə informatika fənnini tədris edib. Direktor kimi isə 2 il iş təcrübəsi var.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
77
8
sherg.az

9Mənbələr