AZ

ABŞ İrandakı mülki limanları da vuracaq – insanlara çağırış edildi: "Uzaq durun"...



ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran vətəndaşlarını İran dəniz qüvvələrinin aktiv olduğu limanlardan uzaq durmağa çağırıb.

"ABŞ qüvvələri İran vətəndaşlarını İran dəniz qüvvələrinin fəaliyyət göstərdiyi bütün liman obyektlərindən dərhal uzaq durmağa çağırır.

İran liman işçiləri, inzibati personal və ticarət gəmilərinin heyətləri İran hərbi gəmilərindən və avadanlıqlarından uzaq durmalıdırlar.

İran rejimi Hörmüz boğazı boyunca uzanan mülki limanlardan beynəlxalq gəmiçilik üçün təhlükə yaradan hərbi əməliyyatlar aparmaq üçün istifadə edir. Bu təhlükəli hərəkətlər günahsız insanların həyatını təhlükəyə atır.

Hərbi məqsədlər üçün istifadə edilən mülki limanlar beynəlxalq hüquqa əsasən qorunan statuslarını itirir və qanuni hərbi hədəflərə çevrilir" –deyə CENTCOM-un amıqlamasında bildirilir.

TAHİR

Seçilən
28
baki-xeber.com

1Mənbələr