AZ

Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi

"Nottingem Forest" Avropa Liqası çərçivəsində keçiriləcək "Midtyullan"la matçdan öncə azarkeşləri üçün bilet qiymətlərini endirib.

QOL.az xəbər verir ki, "İngiltərə aksenti" nəşrinin yaydığı məlumata görə, klub rəhbərliyi "Siti Qraund" stadionunun tribunalarını tam doldurmaq məqsədilə bu addımı atıb.

Lakin klubun bu addımı sosial şəbəkələrdə azarkeşlərin böyük narazılığına səbəb olub. Buna səbəb bir çox tərəfdarın artıq biletləri daha baha qiymətə almasıdır. Rəhbərliyin bu kampaniyası gecikmiş bir addım kimi qiymətləndirilir və azarkeşlər tərəfindən tənqidlə qarşılanıb. 

Qeyd edək ki, "Nottinqem Forest" və "Midtyullan" arasındakı qarşılaşma mmartın 13-də baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
2
qol.az

3Mənbələr