AZ

Karlsondan sensasion sözlər: “İran danışmır, hərəkət edir”

ABŞ-də tanınmış jurnalist və siyasi şərhçi Tuker Karlson Hörmüz boğazı ətrafında yaranmış gərginliklə bağlı diqqət çəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, Karlson Ağ Evin son günlər İranla bağlı səsləndirdiyi təhdid və xəbərdarlıqların real nəticə vermədiyini bildirib.

Onun sözlərinə görə, Vaşinqton tərəfindən müxtəlif bəyanatlar səsləndirilsə də, bölgədə faktiki vəziyyət dəyişməyib və Hörmüz boğazı hələ də açılmayıb.

Karlson qeyd edib ki, hazırkı vəziyyət İranın bölgədəki təsirinin nə qədər güclü olduğunu göstərir:

“Bir neçə gündür Ağ Ev Hörmüzlə bağlı müxtəlif təhdidlər və xəbərdarlıqlar edir, amma boğaz açılmır. İran öz işini görür. Bu qədər danışmağın mənası yoxdur. Meydanda kimin boğaza nəzarət etdiyini bütün dünya görür. Boğazı açmaq isə indiyə qədər mümkün olmayıb. Gəmilər yanından belə keçə bilmir”.

 

Musavat.com

Seçilən
8
50
musavat.com

10Mənbələr