AZ

“Ailə münaqişələrinin həlli üçün mediasiyanın gücləndirilməsi” mövzusunda tədbir keçirilib



Culfa rayon Dizə kəndində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Mediasiya Təşkilatının və Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ailə münaqişələrinin həlli üçün mediasiyanın gücləndirilməsi” mövzusunda tədbir keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Elçin Məmmədəliyev mövzunun əhəmiyyətindən bəhs edib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eltun Həziyev çıxış edərək fundamental ailə dəyərlərimiz sisteminin tarixən formalaşmış prinsiplərindən, bu dəyərlərin cəmiyyətin inkişafında oynadığı mühüm roldan danışıb. Bildirilib ki, dövlət ailənin dayaqlarının möhkəmləndirilməsi, uşaqların sağlam inkişafı, onların hüquq və maraqlarının müdafiəsi istiqamətində mühüm hüquqi mexanizmlər formalaşdırıb və bu sahədə ardıcıl islahatlar həyata keçirir. Bu mexanizmlər həm ailədaxili münasibətlərin tənzimlənməsində, həm də uşaqların sosial mühitdə özlərini təhlükəsiz və etibarlı hiss etmələrində mühüm rol oynayır.

Daha sonra Naxçıvan Mediasiya Təşkilatının mediatoru Orxan Abbasov çıxış edərək ailə dəyərləri və mediasiya ilə bağlı fikirlərini diqqətə çatdırıb, mediasiya institutunun müvafiq sahədə həyata keçirdiyi fəaliyyətlər barədə məlumat verib, milli dəyərlər, mediasiya və hüquq sisteminin həyata keçirilməsindən ətraflı bəhs edibdir.
Tədbir diskussiya şəklində davam edib və iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Süleyman
Seçilən
115
1
newscenter.az

2Mənbələr