AZ

Mediasiya Şurası tələbələr üçün seminar keçirib




Mediasiya Şurasının təşkilatçılığı ilə Balakən 1 saylı mediasiya təşkilatı Zaqatala Dövlət İqtisad Universiteti tələbələri və müəllim heyəti ilə maarifləndirici görüş keçirib.

Newscenter.az xəbər verir ki, görüşün əsas məqsədi mediasiya institutunun mahiyyəti, tətbiq sahələri və cəmiyyət üçün əhəmiyyəti barədə iştirakçıları məlumatlandırmaq olub.

Tədbir zamanı Balakən 1 saylı mediasiya təşkilatının direktoru Nizamə İsmayılova tərəfindən iştirakçılara mediasiyanın mübahisələrin alternativ həlli üsulu kimi rolu, onun hüquqi və praktiki əhəmiyyəti haqqında ətraflı məlumat verilib. Eyni zamanda mediator anlayışı, mediasiya prosesinin mahiyyəti və mediasiyanın vətəndaşlar üçün göstərilən xidmət kimi əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə həmçinin Zaqatala Dövlət İqtisad Universitetinin direktoru, professor, dosent Raqif Qasımov çıxış edərək mediasiya institutunun hüquqi maarifləndirmə baxımından əhəmiyyətini vurğulayıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Süleyman
Seçilən
14
1
newscenter.az

2Mənbələr