AZ

ABŞ hərbçiləri 90 gün müddətinə Rumıniyanın iki bazasında yerləşdiriləcək - KİV

ABŞ hərbçiləri 90 gün müddətinə Rumıniyanın iki bazasında yerləşdiriləcək - KİV

Rumıniya Ali Müdafiə Şurasının iclasından sonra verilən məlumata görə, ABŞ-a məxsus hərbi texnika və şəxsi heyət 90 gün müddətinə ölkənin Mixail Koqelniçanu və Kımpia-Turziy avia bazalarında yerləşdiriləcək.

AFN.az-ın yerli mediaya istinadən xəbərinə görə, prezident Nikuşor Dan bildirib ki, bura yanacaqdolduran təyyarələr, monitorinq sistemləri və Deveseludakı raketdən müdafiə kompleksi ilə əlaqəli peyk rabitəsi avadanlıqları daxildir. O, bu avadanlıqların birbaşa silahla təchiz olunmadığını vurğulayıb.

"Agerpres" agentliyinin mənbələri Rumıniyaya təxminən 400-500 nəfərlik ABŞ hərbi kontingentinin gələcəyini dəqiqləşdirib. Kımpia-Turziy bazasında müşahidə və kəşfiyyat sistemləri (PUA-lar), həmçinin yanacaqdoldurma avadanlıqları yerləşdiriləcək. Ali Müdafiə Şurası ABŞ-ın İrandakı hərbi əməliyyatlarına dəstək məqsədilə göndərdiyi bu sorğunu müsbət cavablandırıb və qərar təsdiqlənmək üçün parlamentə göndərilib.

Seçilən
104
afn.az

1Mənbələr