AZ

Azərbaycan Gürcüstana investisiya qoyuluşunu artırıb

Marja.az saytına istinadən ain.az xəbər verir.

Ötən il Azərbaycan Gürcüstan iqtisadiyyatına 143,9 milyon ABŞ dolları məbləğində investisiya yatırıb.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin 2025-ci il üzrə ilkin hesabatında bildirilib.

İllik müqayisədə sərmayələrin həcmi 71,5% artıb.

Hesabat ilində Azərbaycanın Gürcüstana qoyulmuş xarici investisiyalarda payı 8,5%-ə bərabər olub. Bu göstərici ilə Azərbaycan Gürcüstanın ən əsas investor ölkələri arasında V yeri tutub. İlk dördlüyə Böyük Britaniya (334,2 milyon ABŞ dolları), Türkiyə (180,8 milyon ABŞ dolları), Malta (173,7 milyon ABŞ dolları) və ABŞ (158,1 milyon ABŞ dolları) daxil olub.

Ötən il Gürcüstanda birbaşa xarici investisiyaların ümumi həcmi 1,68 mlrd. ABŞ dolları təşkil edib ki, bu da illik nisbətdə 7,6% çoxdur. Ən çox sərmayə yönəldilmiş sektorların ilk onluğunda maliyyə və sığorta, daşınmaz əmlak, nəqliyyat, istehsal, informasiya və kommunikasiyalar, energetika, tikinti, su təchizatı və tullantıların idarə olunması, ticarət, əyləncə və istirahət yer alıb.

İş elanları AzVak.az-da

© APA

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
52
6
marja.az

7Mənbələr