AZ

Ali Tsokayev Avropa çempionu oldu

Azərbaycan güləşçisi Ali Tsokayev (92 kq) Serbiyada təşkil olunan U-23 Avropa çempionatının qalibi olub.

Fanat.Az xəbər verir ki, A.Tsokayev finalda türkiyəli Fatih Altunbaşı məğlub edib.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq) və Səbuhi Əmiraslanov (79 kq) gümüş, Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) isə bürünc medal qazanıblar.

Avropa çempionatına martın 15-də yekun vurulacaq.

Seçilən
67
fanat.az

1Mənbələr