AZ

Azərbaycanın sərbəst güləş komandası Avropa çempionatında ikinci olub

Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında sərbəst güləş yarışları başa çatıb.

“İki sahil” xəbər verir ki, Azərbaycan komandası turniri ikinci pillədə başa vurub.

Sərbəst güləş yığması yarışda 1-i qızıl, 4-ü gümüş və 3-ü bürünc olmaqla ümumilikdə 8 medal qazanıb.

Komanda hesabında birinci yeri Rusiya seçməsi tutub. Üçüncü pillənin sahibi isə Ermənistan komandası olub.

Seçilən
59
2
ikisahil.az

3Mənbələr