AZ

Tarixi binanın fasadından düşən suvaq kişinin başını YARDI – Vəziyyəti AĞIRDIR

Sankt-Peterburqun mərkəzində binanın suvağı kişinin başına düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Sankt-Peterburqun mərkəzi küçələrindən biri olan Bolşaya Morskayada bədbəxt hadisə baş verib. Binanın fasadından qəfil qopan suvaq parçası yoldan keçən bir nəfərin üzərinə düşüb.

Zərbənin gücündən həmin şəxsin kəllə sümüyü parçalanıb.

Ağır xəsarət alan zərərçəkmiş dərhal xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda prokurorluq orqanları tərəfindən faktla bağlı araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
111
interpress.az

1Mənbələr