AZ

Berlin aeroportu üzərində uçan naməlum obyekt görünüb

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniyada Berlin-Brandenburq aeroportunun səmasında uçan naməlum obyekt (UNO) müşahidə edilib, bu səbəbdən hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Bild" nəşri aeroport nümayəndəsinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, UNO axşam saatlarında hava limanı ərazisində müşahidə edilib. Bununla əlaqədar aeroport fəaliyyətini yarım saatdan çox müddətə - yerli vaxtla 18:40-dan (Bakı vaxtı ilə 21:40 - red.) 19:15-dək (Bakı vaxtı ilə 22:15 - red.) dayandırıb.

Polis hazırda məlumatı yoxlayır və aeroportun səmasında həqiqətən hər hansı uçan obyektin olub-olmadığını müəyyən edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
1
oxu.az

2Mənbələr