AZ

Avstriyanın sabiq XİN başçısı Rusiyada daha çox qazanır – aylıq gəliri 18 min avro...

Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaislın Rusiyaya köçdükdən sonra əldə etdiyi gəlirlə bağlı yeni məlumatlar açıqlanıb.

Musavat.com xəbər verir ki, The Insider nəşrinin araşdırmasına görə, Knaislın orta aylıq gəliri təxminən 1,7 milyon rubl (təxminən 18,5 min avro) təşkil edir. Bu məbləğ onun Avstriya hökumətində nazir işlədiyi dövrdə aldığı maaşdan daha yüksəkdir. Həmin vaxt Knaislın aylıq maaşı 17,8 min avro olub.

Jurnalistlərin hesablamalarına görə, onun illik gəliri 20 milyon rubldan çoxdur.

Maraqlıdır ki, Knaisl 2022-ci ildə Rusiyaya köçdükdən sonra Rusiya kəndində yaşadığını və aylıq cəmi 1200 avro gəliri olduğunu bildirmişdi.

Araşdırmada qeyd olunur ki, Knaislın gəliri ən azı yeddi müxtəlif mənbədən formalaşır. Bu mənbələr arasında Sankt-Peterburq Dövlət Universiteti, Russia Today strukturları, bir neçə Rusiya universiteti və Rusiya hakimiyyətinə yaxın media şirkətləri də var.

 

Musavat.com

Seçilən
69
musavat.com

1Mənbələr