AZ

Qlobal neft qiymətlərinə təsir edəcək QƏRAR: ABŞ rezervlərini AÇIR

ABŞ strateji ehtiyatlarından 172 milyon barel neft çıxaracaq.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

ABŞ hökuməti qlobal enerji bazarındakı qiymətləri tənzimləmək və tədarük zəncirindəki sabitliyi qorumaq məqsədilə öz strateji rezervlərindən istifadə etmək qərarına gəlib.

Nazirliyin rəsmi açıqlamasına əsasən, yaxın 120 gün ərzində ölkənin strateji ehtiyatlarından ümumilikdə 172 milyon barel neft bazara çıxarılacaq.

Bu kütləvi çıxarışın yanacaq bazarındakı gərginliyi azaldacağı və qiymətlərin kəskin artımının qarşısını alacağı gözlənilir.

Prosesin mərhələli şəkildə həyata keçiriləcəyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
66
interpress.az

1Mənbələr