AZ

Tehranda "qara yağış": Qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var?

İrandakı mövcud vəziyyətlə bağlı Tehrana "qara yağış" lar yağır. Yağışın qara çöküntülərlə müşahidə olunması isə ciddi müzakirələrə səbəb olub.

Publika.az Xəzər TV-yə istinadən xəbər verir ki, ekoloqların sözlərinə görə, şəhərdəki yüksəksəviyyəli çirklənmə nəticəsində yaranan bu yağış tərkibində zəhərli maddələr daşıyır, dəri və tənəffüs yolu xəsətlikləri yaradır, içməli suları zəhərləyir.

Mütəxəssislərin bildirdiyinə görə, mövcud hava şəraiti yaxın günlərdə Mərkəzi Asiya ölkələri, Çin, Pakistan və Əfqanıstan ərazilərinə doğru hərəkət edəcək.

Bəs Azərbaycan üçün hər hansısa təhlükə varmı?

Milli Hidrometeorologiya Xidməti rəisinin müavini Gülnarə Abbasova deyib ki, hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti regionda formalaşan sinoptik proseslərlə bağlıdır.

Seçilən
55
6
publika.az

7Mənbələr