AZ

Apple yeni emoji təqdim edir: 2026 cı ilin simvolu bu ola bilər

ain.az bildirir, Olke.az portalına istinadən.

Texnologiya nəhəngi "Apple" yeni proqram təminatı yeniləməsi ilə birlikdə istifadəçilərə bir neçə yeni emoji təqdim etməyə hazırlaşır.

Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, şirkətin hazırda beta mərhələsində sınaqdan keçirdiyi iOS 26.4 yeniləməsinə daxil ediləcək emojilər arasında ən çox diqqət çəkən isə “Distorted Face” adlanan yeni simvoldur.

Məlumata görə, yeniləmənin mart ayının sonlarında təqdim olunacağı gözlənilir. Yeniliklər paketinə "Apple Music" və "Apple Podcasts" üçün funksiyalarla yanaşı ümumilikdə 8 yeni emoji də daxil olacaq.

Yeni emojilər arasında toz buludu, qatil balina (orca), torpaq sürüşməsi və Bigfoot kimi simvollar da yer alır. Lakin sosial şəbəkələrdə ən çox müzakirə olunan emoji məhz “Distorted Face” olub.

Qızarmış və böyük gözlü ifadəsi ilə seçilən bu emoji xüsusilə Gen Z istifadəçiləri arasında populyar olan “deep-fried emoji” memlərinə bənzəyir. 

Qeyd edək ki, ötən il "Apple" “Face With Bags Under Eyes” adlı emoji təqdim edib. Yeni “Distorted Face” isə daha çox təəccüb və çaşqınlıq kimi reaksiyaları ifadə etmək üçün nəzərdə tutulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
2
olke.az

3Mənbələr