AZ

Yaxın Şərqdə qarşıdurma nəticəsində ölənlərin sayı məlum olub

Bakı. Trend:

Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən sonra İran, Livan vəİsraildə 1 800-dən çox insan həyatını itirib, azı 12 500 nəfər isəyaralanıb.

Trend xəbər verir ki, bubarədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru TedrosAdanom Qebreyesus məlumat verib.

Onun sözlərinə görə, İranda ölənlərin sayı 1 300-dən çoxdur, 9000-dən artıq insan isə yaralanıb.

Livanda azı 570 nəfər həlak olub, 1 400-dən çox şəxs xəsarətalıb. İsraildə isə 15 nəfər ölüb, 2 142 nəfər yaralanıb.

ÜST rəhbəri əlavə edib ki, səhiyyə müəssisələrinə qarşıhücumların sayı da artıb. Onun bildirdiyinə görə, fevralın 28-dənetibarən İranda səhiyyə obyektlərinə 18, Livanda 25, İsraildə isəiki hücum qeydə alınıb.

Qebreyesus qeyd edib ki, belə hücumlar yalnız insan itkisinəsəbəb olmur, eyni zamanda əhalinin həyati əhəmiyyət daşıyan tibbixidmətlərə çıxışını da məhdudlaşdırır.

Seçilən
123
az.trend.az

1Mənbələr