AZ

İsrail Ordusu Livanda "Hizbullah"ın obyektlərinə zərbələr endirdiyini açıqlayıb

İsrailin Müdafiə Ordusu Livanda "Hizbullah"ın obyektlərinə zərbələr endirdiyini açıqlayıb.

"Far.Az" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Hərbçilərin məlumatına görə, buraxılışa hazır olan onlarla qurğu aşkarlanaraq məhv edilib, həmçinin İsrailə hücuma hazırlaşan "Hizbullah" yaraqlıları zərərsizləşdirilib.

Mətbuat xidməti qeyd edib ki, ordu 30 dəqiqə ərzində Dahiya ərazisində kəşfiyyat qərargahı, "Radvan" bölməsinin qərargahı və digər komanda mərkəzləri də daxil olmaqla 10 obyektə zərbə endirib.

Bundan əlavə, İsrailin Hərbi Hava Qüvvələri quru qüvvələrinin dəstəyi ilə 20-dən çox hədəfə hücum edib.

Seçilən
43
far.az

1Mənbələr