
İran Bəhreynin şimalındakı Muharraq əyalətinin ərazisində yerləşən yanacaq çənlərinə hücum həyata keçirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bəhreyn DİN-in bəyanatında bildirilir ki, İran Muharraq əyalətindəki obyektlərdən birində yanacaq çənlərinə qarşı "bədniyyətli hücum" edib. Hücumun nəticələri, maddi ziyan, dağıntılar və ya mümkün zərərçəkənlər barədə məlumat verilmir.