AZ

Ukrayna ordusu hansı əraziləri geri alıb?

ain.az, Axar.az saytına istinadən bildirir.

Ukrayna Müdafiə Qüvvələri Dnepropetrovsk və Zaporojye vilayətləri sərhədində müəyyən əraziləri düşməndən təmizləyiblər.

Axar.az xəbər verir ki, bu barədə “DeepState” analitik layihəsinin həmtəsisçisi Roman Poqorelinin hesabatında bildirilib.

Qeyd olunub ki, söhbət təxminən 80 kvadrat kilometr ərazidən gedir:

“Dnepropetrovsk vilayətinin hazırda düşmən tərəfindən işğal altında olan və ya düşmənin sızma zonasında yerləşən müxtəlif sahələri var. Xəritəni izləyənlər görür ki, təmizləmə əməliyyatları aparılan ərazilərdə xəritə dəyişəndə orada “boz zona” qalır”.

Ekspertin sözlərinə görə, bu ona görə baş verir ki, ruslar daim Ukrayna müdafiəçilərinin mövqelərindən yan keçərək sızmağa çalışır. Poqoreli vurğulayıb ki, həmin sahələrdə rus hərbçilərinin çox böyük piyada qüvvəsi cəmləşib:

“Onlar həm meşə zolaqlarında, həm də yaşayış məntəqələrində yerləşirlər. Dağıntılar içində qurduqları mövqelərdə, evlərdə və qazdıqları blindajlarda möhkəmləniblər. Əlbəttə, onlar burada qüvvə toplamağa, möhkəmlənməyə və bəzən bir neçə nəfərlik piyada qrupunu, hətta bir-iki əsgəri belə arxa istiqamətə göndərməyə çalışırlar”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
106
axar.az

1Mənbələr