
İraqın şiə milis dəstələrindən ibarət "Əl-Həşd əş-Şaabi" qruplaşmasının Suriya ilə sərhəd yaxınlığındakı mövqelərinə endirilən hava zərbəsi nəticəsində azı üç üzvü həlak olub.
AFN.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb. İraq təhlükəsizlik xidmətindəki mənbənin verdiyi məlumata görə, "Əl-Həşd əş-Şaabi"nin sərhədyanı Əl-Qaim şəhəri yaxınlığında yerləşən qərargahına aviazərbə endirilib.
Mənbə əlavə edib ki, hücum nəticəsində azı dörd milis üzvü yaralanıb. Qeyd edək ki, "Əl-Həşd əş-Şaabi" dəstələri İraqda "İslam Dövləti" (İD) terror qruplaşmasına qarşı mübarizədə mühüm rol oynayıb. Şiə milisləri rəsmi olaraq İraq ordusunun tərkibinə daxil edilsə də, ABŞ bu qruplaşmanı İranpərəst struktur kimi nəzərdən keçirir.