Yazını böyüt
Yazını kiçilt
Moskva teatrları məhdud mobil internet xidməti səbəbindən tamaşalarda iştirak problemlərinin qarşısını almaq üçün tamaşaçılara elektron biletləri əvvəlcədən çap etməyi məsləhət görür.
Hafta.az xəbər verir ki, Vaxtanqov Teatrı və Yermolova Teatrı bu tövsiyələri ilk olaraq yayıb.
“Hazırda Moskvanın mərkəzində mobil internet məhduddur. Wi-Fi da fasilələrlə işləyir. Buna görə də biletləri onlayn olaraq elektron poçt vasitəsilə və ya Vaxtanqov Teatrının girişindəki şəxsi hesabınızda açmaq mümkün olmayacaq”, - deyə elanda bildirilib.
Mümkün həllər kimi teatr elektron biletləri əvvəlcədən çap etməyi və ya mobil cihazlardakı fayllarda saxlamağı təklif edir./TASS/