AZ

Hər şeyin bir həddi var: Zelenskinin adamları bu ölkə rəhbərinin nəvələrini təhdid edirlər

Macarıstanın Baş naziri Viktor Orban Ukrayna hakimiyyətini təhdid və şantajda günahlandırıb.

Publika.az xəbər verir ki, Orban mesajların ailəsinə göndərildiyini bildirib.

“Ukraynalılar artıq ailəmi, uşaqlarımı və nəvələrimi təhdid edirlər. Hər şeyin bir həddi var!

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) keçmiş generalı Qriqori Omelçenko Orbanı və ailəsini təhdid etdiyini etiraf edib.

O, baş nazirin "harada yaşadığını, harada yatdığını, harada pivə, şərab içdiyini, qəlyan çəkdiyini, harada vaxt keçirdiyini, hətta kiminlə görüşdüyünü və sair şeyləri" bildiyini iddia edib. Omelçenko Macarıstan baş nazirinə beş övladı və altı nəvəsi haqqında düşünməyi məsləhət görüb.

Seçilən
77
publika.az

1Mənbələr