AZ

Tramp: İranla müharibədə qalib gəldik, amma başladığımız işi bitirməliyik

Vaşinqton başladığı əməliyyatı tam başa çatdırmaq niyyətindədir və ABŞ regiondan tez çıxmaq istəmir. Bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

Trampın sözlərinə görə, ABŞ İranla qarşıdurmada üstünlük əldə edib, lakin qələbə barədə erkən danışmaq düzgün deyil.

“Heç vaxt qələbə haqqında çox tez danışmaq istəməzsiniz. Biz qalib gəldik. Hər şey ilk saatda bitdi”, – o qeyd edib.

ABŞ prezidenti əlavə edib ki, əməliyyatların məqsədi başlanan prosesi tamamlamadan geri çəkilmək deyil.

“Biz tez getmək istəmirik, elə deyilmi? Başladığımız işi bitirməliyik”, - o əlavə edib. 

Tramp həmçinin bildirib ki, ABŞ uzunmüddətli perspektivdə eyni problemlə yenidən üzləşmək istəmir.

“Biz hər iki ildən bir geri qayıtmaq istəmirik, çünki bir vaxt gələcək ki, mən artıq prezident olmayacağam və bəlkə də ölkəyə keçmişdə olduğu kimi zəif rəhbərlik edən biri olacaq”, - o əlavə edib. 

ABŞ və İran arasında gərginlik son aylarda Yaxın Şərqdə hərbi əməliyyatların və qarşılıqlı hücumların artması ilə daha da yüksəlib.

Gülnar 

Seçilən
44
5
anews.az

10Mənbələr