AZ

Vinisius Ronaldunun rekordunu təkrarladı

"Real Madrid"in yarımmüdafiəçisi Vinisius Junior Çempionlar Liqasında fərqlənməyi bacarıb.

Fanat.Az xəbər verir ki, o, 1/8 final mərhələsi çərçivəsində "Mançester Siti "yə qarşı (3:0) ilk oyunda het-trik edən Federiko Valverdenin qollarından birinin ötürməsini edib.

"Opta"-nın hesablamasına görə, braziliyalı vinger qitənin ən nüfuzlu klub turnirində 31 məhsuldar ötürmə müəllifi olub. Bununla da "Real Madrid"in məhsuldar ötürmələr üzrə əvvəlki rekordçusu Kriştianu Ronaldunun göstəriisini təkrarlayıb.

Vinisius 2018-ci ildən Madrid klubunda oynayır.

Ronaldo 2009-cu ildən 2018-ci ilə qədər "Real Madrid"də çıxış edib.

Seçilən
28
2
fanat.az

3Mənbələr