Ağsu rayonunda yarımtikililərdən birində kişi meyiti tapılıb.
Far.Az xəbər verir ki, hadisə martın 11-də saat 12:50 radələrində qeydə alınıb. Rayon sakini Turab Həsən oğlu Səmidovun meyiti Xurşudbanu Natəvan küçəsində yerləşən yarımtikilidə aşkar edilib.
Faktla bağlı Ağsu Rayon Prokurorluğunda araşdırma aparılır.