AZ

Müharibədən sonra 50 il bizə hücum edə bilməyəcəklər İran generalı

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Müharibənin başlanğıcı və sonu siyasətçilərlə bağlıdır, lakin düşmənin itkiləri nə qədər çox olarsa, onların məğlub olma ehtimalı da bir o qədər yüksəkdir".

"Unikal" xəbər verir ki, bunu İranın Ali Baş Komandanının hərbi köməkçisi briqada generalı Seyid Rəhim Səfəvi deyib.

O, müharibənin Qurban bayramından əvvəl bitəcəyini proqnozlaşdırır: "İrandan başqa, Çin və Rusiya müharibənin qalibləri olacaq. Lakin neft şirkətləri və silah fabrikləri də müharibənin qalibləri olacaq.

Geosiyasət üzrə mühazirəçi kimi inanıram ki, bu müharibədən sonra daha 50 il bizə başqa bir müharibə tətbiq edə bilməyəcəklər, çünki biz regional gücdən qlobal gücə çevriləcəyik".

 Rəhim Səfəvi qeyd edib ki, Amerika İranı tanımır: "Tramp hərbi prinsiplərlə tanış deyil, İsrail isə İranı tanıyır və Netanyahu 1973-cü ildə leytenant idi". 

Ağarza Elçinoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
unikal.az

1Mənbələr