AZ

XIII Qlobal Bakı Forumu müasir dünya üçün son dərəcə aktual mövzuya həsr olunub – Hikmət Hacıyev

Bakı. Trend:

XIII Qlobal Bakı Forumu “Keçid dövründə olan dünyadaparçalanmaların aradan qaldırılması” mövzusu ilə işə başlayır.Forumda Azərbaycan Prezidenti İlham Əliyev açılış nitqi ilə çıxışedəcək.

Trend xəbərverir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – PrezidentAdministrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiriHikmət Hacıyev sosial şəbəkə hesabında yazıb.

H.Hacıyev vurğulayıb ki, forum müasir dünya üçün son dərəcəaktual olan bir mövzuya həsr olunub və bu, beynəlxalq sistemindərin transformasiyalar yaşadığı bir dövrə təsadüf edir.

“Dünyanın müxtəlif yerlərində çoxsaylı uçuşların ləğv olunduğuvə səyahət xəbərdarlıqlarının artdığı bir zamanda belə beynəlxalqkonfrans üçün təxminən 400 iştirakçını bir araya gətirmək böyük səyvə koordinasiya tələb edir.

Bu görüşün uğurla təşkil edilməsi və dialoq, müzakirə üçünplatformanın yaradılması çoxtərəfli əməkdaşlığa güclü bağlılığınümayiş etdirir.

Bu, eyni zamanda beynəlxalq ictimaiyyətin Azərbaycanı regionundiplomatik mərkəzlərindən biri kimi gördüyünün və ona etimadgöstərdiyinin göstəricisidir”, - paylaşımda qeyd edilib.

Məqalədə:
Seçilən
39
3
az.trend.az

4Mənbələr