AZ

“Sabah”dan “Qarabağ”ı, “Qarabağ”dan “Sabah”ı məyus edəcək xəbər – növbəti oyunda...

Heç şübhəsiz, Misli premyer-liqasında 24-cü turun oyunları da baxımlılıq, gərginlik və mübarizə motivləriylə zəngin olacaq.

“Football-plus.az”ın məlumatına görə, bu dəfə 10 komanda meydana cəzalı futbolçusu olmadan çıxacaq. Bu sırada çempionluq uğrunda mübarizə aparan “Sabah” və “Qarabağ” da var. Deməli, əksər baş məşqçilər heyətinin gücündən maksimum istifadə edə biləcək.

Cəzalılara gəlincə, “Araz-Naxçıvan”dan Mustafa Əhmədzadə, “İmişli”dən Ronaldo Rodriges vərəqə limitini aşdığına görə komandasına yardım edə bilməyəcək.

Qeyd edək ki, 24-cü turun qarşılaşmaları martın 13--15-i aralığında keçiriləcək.

KƏNAN BAHADIR

Seçilən
58
1
football-plus.az

2Mənbələr