Martın 11-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Havzova kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Görüşdə şəhər İcra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.
"Unikal" xəbər verir ki, Taleh Qaraşov ötən səyyar görüş-qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinləri məlumatlandırıb, bütün müraciətlərin şəxsi nəzarətində olduğunu bildirib. Onun sözlərinə görə, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan və ədalətli qaldırılan bütün məsələlər həllini tapıb, digər məsələlərin həlli üçün aidiyyəti mərkəzi icra qurumlarına rəsmi müraciətlərünvanlanıb və nəticəsi barədə qanunamüvafiq qaydada vətəndaşlar məlumatlaandırılıblar.
Yerli sakinlərinin qayğı və problemlərini dinləyən icra başçısı onların həlli istiqamətində aidiyyəti şəxslərə tapşırıq və tövsiyələrini verib, qaldırılan məsələlərin həllinə yönəlik atılan addımlar barədə vətəndaşların qanunla müəyyən olunmuş müddətdə məlumatlandırılmasını tapşırıb.
Taleh Qaraşov Havzova kəndinin sakinlərinin simasında qarşıdan gələn Novruz və Qurban bayramları münasibətilə bütün lənkəranlıları təbrik edib, hər evə, ailəyə səadət, bol ruzi və sevincli günlər arzulayıb.
Havzova inzibati ərazi dairəsinin sakinləri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məmur-vətəndaş münasibətlərindəki şəffaflığın təmin olunmasına, vətəndaş məmnunluğunun təmin edilməs istiqamətində atılan addımlara və sosial-iqtisadi durumlarının yaxşılaşmasına görə minnətdarlıqlarını ifadə ediblər.
Səyyar görüş-qəbuldan sonra icra başçısı Vətən müharibəsi şəhidi Həsənzadə Əbülhəsənin anası Həsənova Bağdagül Şahüseyn qızı ilə fərdi qaydada söhbət edib, onun qayğı və problemləri ilə yaxından maraqlanıb.