AZ

İsfahan səmasında hərbi təyyarələr: Aviasiya kollecinə zərbələr endirildi

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

İranın mərkəzi hissəsində yerləşən İsfahan şəhərindəki aviasiya kolleci havadan hücuma məruz qalıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Bildirilir ki, şəhər daxilində partlayış səsləri eşidilir, İsfahan səmasında hərbi təyyarələr uçur.

Mümkün dağıntılar və ya zərərçəkənlər barədə hələlik məlumat verilmir.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
oxu.az

1Mənbələr