"Real Madrid" Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında "Mançester Siti"ni 3:0 hesabı ilə məğlub edib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, madridlilərin hər üç qolunu Federiko Valverde vurub.
Beləliklə, Valverde UEFA Çempionlar Liqasında het-trik etmiş ikinci uruqvaylı olub.
Çempionlar Liqasında het-trik edən ilk uruqvaylı 2000/2001 mövsümündə "Deportivo"nun keçmiş oyunçusu Valter Pandiani olub.
"Mançester Siti" və "Real Madrid" arasında ikinci oyun martın 17-də Mançesterdəki "Etihad" stadionunda keçiriləcək.
Milli.Az