AZ

Böyrək çatışmazlığının ilk əlamətləri – Səhiyyə ekspertindən tövsiyələr

Bakı. Trend:

Böyrəklər insan orqanizmində həyati vacib funksiyalar yerinəyetirən əsas orqanlardan biridir. Onlar sutka ərzində minlərlə litrqanı filtrasiya edərək toksinləri orqanizmdən xaric edir, su-duzbalansını və arterial təzyiqi tənzimləyir.

Trend xəbər verir ki, lakinson illər xroniki böyrək xəstəliklərinin yayılması mütəxəssislərinarahat edir. Bu xəstəliklərin yaranma səbəbləri, ilkin əlamətlərivə müalicə imkanları barədə Səhiyyə Nazirliyininmütəxəssis-eksperti, nefroloq Hikmət İsmayılovun fikirlərini təqdimedirik.

– Böyrəklərin orqanizmdə əsas funksiyaları hansılardır?

– Böyrəklər həyati vacib funksiyalara malikdir və sutka ərzində1500–2000 litr qanı filtrasiya edərək orqanizmin daxili mühitininsabitliyini qoruyur. Onlar qandan toksinləri (kreatinin, sidikcövhəri və s.) və artıq mayeni xaric edir, elektrolit balansını vəturşu-qələvi müvazinətini (pH) tənzimləyir.
Böyrəklər həmçinin renin fermenti ifraz edərək arterial qantəzyiqinin tənzimlənməsində iştirak edir. Eyni zamanda,eritropoetin hormonunun istehsalı vasitəsilə eritrositlərinyaranmasını (eritropoez prosesini) stimullaşdırır və D vitamininiaktivləşdirərək sümük mineral mübadiləsində mühüm rol oynayır.

– Xroniki böyrək xəstəliyinin əmələ gəlməsində əsasən hansıxəstəliklər rol oynayır?

– Xroniki böyrək xəstəliyinə səbəb olan xəstəliklər sırasındaşəkərli diabet (45–55%) əsas yer tutur. Bundan başqa, arterialhipertoniya, qlomerulonefritlər, pielonefritlər (böyrək daşıxəstəliyi, sidik yolları infeksiyaları, reflüks nefropatiyalar,polikistoz xəstəliyi), sistem və irsi xəstəliklər də bu siyahıyadaxildir.
Bu xəstəliklərdən əziyyət çəkən şəxslər risk qrupuna daxildirlər.Tibbin inkişafı ilə əlaqədar olaraq diaqnostik müayinələr zamanıistifadə olunan kontrast maddələrin tətbiqi nəticəsində kontrastnefropatiyası halları da qeydə alınır.

Ona görə də əhalinin maarifləndirilməsi və vaxtında həkiməmüraciət etməsi vacibdir. Əsas xəstəliklər düzgün və adekvatşəkildə vaxtında korreksiya edilmədikdə böyrək çatışmazlığı sürətləinkişaf edə bilər.

– Xroniki böyrək xəstəliyi və onun ağırlaşması olan xronikiböyrək çatışmazlığının əlamətləri hansılardır?

– Xroniki böyrək xəstəliyinin törədici səbəbindən, mərhələsindənvə inkişaf dərəcəsindən asılı olaraq bəzən xəstədə heç bir şikayətmüşahidə olunmaya bilər.

Bununla yanaşı, böyrək nahiyəsində ağrılar, gecə sidik ifrazınınartması, sidiyin köpüklü, qanlı, ağrılı və ya bulanıq olması, tezyorulma, halsızlıq, iştahasızlıq, ödemlər, yüksək arterial təzyiq,ürəkbulanma və qusma kimi əlamətlər də müşahidə oluna bilər.

Eyni zamanda narahat ayaqlar sindromu, qaşınma, əzələqıcolmaları kimi şikayətlər də mümkündür.

Daha ağır və müalicə olunmayan hallarda huşun pozulması iləmüşayiət olunan uremik koma, ürək nahiyəsində ağrılarla gedənuremik perikardit, uremik xoralar nəticəsində mədə-bağırsaqqanaxmaları, eləcə də ağır təngnəfəsliklə müşahidə olunan uremikastma kimi ciddi fəsadlar yarana bilər.

– Böyrək xəstəliklərini tamamilə müalicə etmək mümkündürmü?

– Böyrək xəstəlikləri kəskin və xroniki olmaqla iki qrupabölünür.

Kəskin böyrək zədələnmələri, adətən, törədici səbəb aradanqaldırıldıqda 2–3 həftə ərzində tam bərpa oluna bilər.

Xroniki böyrək xəstəlikləri isə tam sağalmasa da, əsasxəstəliyin düzgün müalicəsi və adekvat korreksiyası nəticəsindəuzun illər ərzində xəstəliyin sürətli inkişafının qarşısını almaqvə ağırlaşmaları azaltmaq mümkündür.

Sadalanan əlamətlərdən biri və ya bir neçəsi müşahidə olunduqdamütləq nefroloqa müraciət edilməli və mütəmadi tibbi nəzarətolmalıdır.

– Xəstələrə hemodializ müalicəsinə nə vaxt başlanılır?

– Xroniki böyrək xəstəliyinin son mərhələsində xəstələrə dializmüalicəsi və ya böyrək transplantasiyası tövsiyə olunur.

Böyrək əvəzləyici müalicəyə başlanması bəzən illər tələb edəbilər. Müasir tibbdə xəstənin yaşı, cinsi, çəkisi, irqi və qandakreatinin səviyyəsi nəzərə alınaraq böyrəklərin funksionalfəaliyyəti hesablanır və xəstəliyin mərhələsi müəyyən edilir.

Bu göstərici 15-dən aşağı olduqda dializ və ya transplantasiyatövsiyə olunur. Göstərici 15–30 arasında olduqda isə dializ üçündamar yolu yaradılması və ya böyrək transplantasiyasına hazırlıqişlərinə başlanılır.
Hemodializ müalicəsində yalnız dializ proseduru deyil, həm dəpəhriz və dərman müalicəsi mühüm əhəmiyyət daşıyır.

Dializ xəstələri üçün pəhrizin əsas prinsiplərinə proteinləzəngin qidaların istifadəsi, xörək duzunun, kalium və fosforlazəngin qidaların məhdudlaşdırılması, eləcə də maye balansının sidikifrazına uyğun tənzimlənməsi daxildir.

Pəhriz və dərman müalicəsi müntəzəm aparılan laboratormüayinələrin nəticələrinə əsasən fərdi qaydada tənzimlənir.

– Dializ xəstələri övlad sahibi ola bilərmi?

– Hər bir pasiyentə fərdi yanaşma vacibdir. Uzun müddət böyrəkçatışmazlığı olan şəxslərdə hormonal disbalans fonunda reproduktivfunksiyanın zəifləməsi müşahidə oluna bilər.

Bununla belə, belə xəstələr üçün övlad sahibi olmaq əks-göstərişhesab olunmur. Onların valideyn olması mümkündür və bu hallara rastgəlinir.

Dializ müalicəsi alan qadınların hamilə qalması və sağlam uşaqdünyaya gətirməsi ilə nəticələnən hallar nadir hallarda müşahidəolunur. Lakin sidik ifrazı ciddi azalmış və ağır böyrəkçatışmazlığı olan qadınlarda hamiləliyin uğurla başa çatma ehtimalıdaha aşağıdır.

– Böyrək transplantasiyası üçün xəstələr mütləq əvvəlcədəndializ müalicəsi qəbul etməlidirlərmi?

– Əgər xəstə vaxtında və düzgün nefroloji nəzarətdə olubsa,nefroloq onu dializ müalicəsinə başlamadan əvvəl böyrəktransplantasiyasına yönləndirə bilər.

Bu üsul PRE-EMPTIVE (preemptiv) böyrək transplantasiyası adlanırvə ən optimal variant hesab olunur.
Transplantasiyaya hazırlıq zamanı hər bir pasiyentin yaşı, çəkisi,laborator göstəriciləri, psixoloji vəziyyəti, donorla toxumauyğunluğu və digər amillər diqqətlə qiymətləndirilir və nəticəyəuyğun qərar qəbul edilir.

Məqalədə:
Seçilən
26
9
az.trend.az

10Mənbələr