AZ

Əvvəl 102 yə yığdı, sonra da arvadını bıçaqladı TƏFƏRRÜAT

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bərdə rayonunda 1987-ci il təvəllüdlü Telman keçmiş həyat yoldaşı Samirəni (adlar şərtidir – red.) öldürməyə cəhd edib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, Zərdab rayon sakini Telman Bərdə rayon Məhkəməsinin 2021-ci il tarixli qətnaməsi əsasında boşandığı arvadı Samirənin 2015-ci il təvəllüdlü oğlu Sübhanı evdə tək qoyması, 2017-ci il təvəllüdlü qızı Əsməri isə saxlaması üçün başqa şəxslərə verməsi, aliment ödəməsinə baxmayaraq hər iki uşağını onunla görüşdürməməsi, uşaqlara normal baxmamasını irad tutub. 

Bu zaman Samirə ona “get nə bilirsən et” sözlərini deməsindən sonra əsəbiləşib. O, qisas almaq niyyəti ilə Samirəni öldürmək qərarına gəlib. Cinayətkar niyyətini həyata keçirmək məqsədilə ötən ilin martın 11-də, saat 17 radələrində Bərdə şəhəri, Koroğlu küçəsində fəaliyyət göstərən ovçular mağazasından bıçaq alıb və zərərçəkmiş şəxsin yaşadığı, qardaşı İslama məxsus evinə gəlib. Telman evin həyətyanı sahəsinin darvazasının bağlı olduğunu görüb və qonşu həyətin hasarından tullanaraq həyətyanı sahəyə daxil olub. O, həmin vaxt Samirənin olduğu zal otağına daxil olmaq istəyib. Samirə qapını tutaraq onun içəriyə daxil olmasına mane olub. Telman otağın qapısını sındıraraq içəri keçib. Bu zaman həmin otaqda azyaşlı övladları Sübhan və Əsmər, eləcə də eyni anda otaqda olmuş Samirənin qardaşı arvadı və qardaşı uşaqlarının gözləri qarşısında cinayət əməlini törətməyi reallaşdırıb. O, özü ilə gətirdiyi bıçaqla Samirəyə çoxsaylı zərbələr vurub. Daha sonra Samirənin üzü üstə yerə düşməsini görüb və onun ölmüş olduğunu düşünüb. Telman uşaqlarını özü ilə götürərək yaşayış evindən gedib. Samirə hadisə yerinə gəlmiş qardaşı tərəfindən Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən təcili təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edilib. Telmanın barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürməyə cəhd) və 157.2-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma, eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham elan edilib. İş üzrə ifadə verən Telman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Samirə ilə əvvəllər evli olub, birgə nikahdan iki övladları var: “Biz 2021-ci ildə rəsmi şəkildə boşandıq. Həmin vaxtdan Samirə uşaqlarım ilə birlikdə qardaşının evində qalır. Hadisədən əvvəl Samirə mənə zəng etdi və oğlumun xəstə olduğunu dedi. Həmin vaxt uşağın yanına gedə bilməsəm də, onu həkimə aparmaları üçün pul göndərdim. Növbəti gün uşaqlarımı görmək üçün Samirənin qardaşının evinə getdim. Lakin Samirə uşaqlara mənimlə görüşməyə icazə vermədi”. Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Samirənin qardaşı İslamın işlədiyi yerə gedib və Samirənin uşaqlara onunla görüşməyə icazə vermədiyini bildirib:“Lakin İslam Samirə ilə danışdı, onu razı sala bilmədi. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə zəng edərək məlumat verdim. Bir qədər sonra gələn polis əməkdaşlarının yanında uşaqlarım ilə görüşdüm. Bundan sonra uşaqlarımı aparmaq istədim. Amma Samirə razı olmadı, həyətin darvazasını bağlayaraq məni evə buraxmadı. Mən qonşunun həyətinə daxil olaraq barıdan Samirənin qaldığı evin həyətinə keçdim. Sonra isə evə daxil olmağa çalışdım. Amma Samirə evin qapısını arxdan tutaraq mane olmağa başladı. Bu zaman evin qapısı sındı. Mən evə daxil olandan sonra uşaqlarım üzərimə qaçaraq onları aparmağımı istədi. Mən də uşaqları aparmaq üçün həyətə çıxardım. Samirə uşaqların arxasınca gedərək onlara mane olmaq istədim. Bu vaxt onu tutaraq getməyə qoymadım və aramızda mübahisə yarandı. Samirə mənə əl-qol atanda əsəbləşdim və onu qorxutmaq üçün aldığım bıçaqla xəsarətlər yetirdim. Həmin vaxt məqsədim uşaqlarımı götürərək aparmaq olub. Samirənin ölüb-ölməməsi ilə maraqlanmamışam. Uşaqlarımı götürərək getdim”.Təqsirləndirilən şəxs deyib ki, hadisə zamanı Samirənin qardaşı İslamın yoldaşı və iki azyaşlı uşağı orada olub: “Onlar kənarda dayanaraq səs-küy salıblar. Lakin mənim uşaqlarım evin həyətində olduqlarından hadisənin şahidi olmayıb. Bundan başqa Samirəni öldürmək kimi niyyətim olmayıb. Bıçağı onu qorxutmaq üçün almışam”.Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünüb ki, Samirəni oğlunu evdə tək qoyması, qızını aptekdə qoyması, həmçinin ən əsası oğlunu aparmaq üçün verməməsi və “nə bilirsən elə” sözlərini deməsi onu özündən çıxarıb, onu öldürmək qərarına gəlib: “Samirənin qardaşının evinə gedərək qapını itələyərək sındırmışam. Bu zaman Samirə pəncərədən çıxaraq qaçmaq istədi. Mən sol əliç ilə uşaqlarımı arxaya doğru etdim, sağ əlimdəki bıçaqla Samirəyə çoxsaylı bıçaq zərbələri endirdim. Həmin vaxt otaqda Samirədən başqa azyaşlı oğlum və qızım, eləcə də islamın arvadı və onun azyaşlı uşaqları olub. Samirə yerə yıxılaraq hərəkətsiz qalanda onun öldüyünə əmin oldum və uşaqlarımı da götürərək getdim”.Zərərçəkmiş Samirə ifadəsində göstərib ki, Telman ilə 2021-ci ildə boşanıb: “Uşaqlarım mənimlə birlikdə qardaşım İslama məxsus evdə qalırıq. Rəsmi şəkildə boşanmağımıza baxmayaraq Telman mənə və ailə üzvlərimə dəfələrlə hədə-qorxu gəlib. Hadisədən 1-2 saat əvvəl Telman polis əməkdaşlarının iştirakı ilə uşaqlarla görüşərək getdi. O, gedəndən bir qədər sonra yenidən oğluma zəng edərək məni və qardaşımı öldürəcəyini dedi, hədə-qorxu gəldi. Bundan sonra Telmanın atasına zəng etdim, bu barədə məlumat verdim. Atası da Telmanla danışdığını, mənə yaxın gəlməyəcəyini bildirdi”. Zərərçəkmişin sözlərinə görə, hadisə vaxtı iki azyaşlı uşağı, qardaşının yoldaşı və onun iki azyaşlı övladı evdə olublar: “Telmanın həyətə necə daxil olduğunu bilməmişəm. Anidən evin giriş qapısını çıxararaq kənara atdı və üzərimə gəldi. Telmanın əlində bıçaq olduğunu gördüm və pəncərədən çıxaraq qaçmaq istədim. Amma Telman məni tutaraq bıçaqla zərbələr endirdi, məni öldürməyə çalışdı. Hadisə vaxtı azyaşlı uşaqlarım yanımda olub. Hətta azyaşlı oğlum məni vurmaması üçün atasına yalvardı. Həmin vaxt özümü müdafiə edə bilmədim. Telman boğazını kəsmək istəyəndə əlimi qabağa verdim, bıçaq əllərimin içini kəsdi”. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Telman 11 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Birinci instansiya məhkəməsinin Zərərçəkmiş Samirə apellyasiya şikayəti verib. O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə dəyişiklik edilməsini, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 29, 120.2.4 və 157.2-ci maddələrində nəzərdə tutulmuş ən yuxarı həddində cəza təyin edilməsini xahiş edib. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin edilməyib. Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
94
demokrat.az

1Mənbələr