İran ətrafında baş verən yeni müharibənin fonunda Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) 2026-cı ilin ikinci faiz qərarını açıqlamağa hazırlaşır.
Marja.az xəbər verir ki, iqtisadçılar artan qeyri-müəyyənlik fonunda, Mərkəzi Bankın doqquz ay əvvəl başladığı faiz endirim prosessinə bu iclasda fasilə verəcəyini gözləyirlər.
Orta Şərqdəki müharibə bazarlarda dalğalanmalara səbəb olub. İqtisadçılar müharibənin yaratdığı qeyri-müəyyənlik və yüksələn enerji qiymətlərini nəzərə alaraq, TCMB-nin doqquz ay əvvəl başladığı faiz endirim prosessinə bu iclasda fasilə verəcəyini gözləyirlər.
"AA Finans"ın 38 iqtisadçı ilə keçirdiyi sorğuya görə:
- 37 iqtisadçı faizin sabit qalacağını, 1 iqtisadçı isə 50 baza bəndi endirim olacağını proqnozlaşdırıb.
Mart ayının faiz qərarı Bakı vaxtı ilə saat 15:00-da açıqlanacaq.
2026-cı ilin ilk faiz qərarını yanvar ayında açıqlayan Türkiyə Mərkəzi Bankı 150 baza bəndi (1.50 faiz bəndi) endirim gözləntisinə qarşı 100 baza bəndi (1.00 fai bəndi) endirim edərək faizini 38%-dən 37%-ə endirmişdir.