AZ

İnsanı kiber kentavr a çevirən ekzoskelet hazırlayıblar

Reyting.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Çinli mütəxəssislər texnoloji yenilikləri ilə dünyanı heyrətə gətiriblər. Ölkədə fəaliyyət göstərən Cənubi Elm və Texnologiya Universitetinin tədqiqatçı qrupu "Centaur" adlı yeni robot-ekzoskelet layihəsinin təqdimatını keçirib.

Reyting.az-ın məlumatına görə, çinli alimlər bildiriblər ki, yeni qurğunu insanın daşıdığı yükün ağırlığını azaltmaq məqsədi ilə hazırlayıblar və istifadəçi mexaniki "kentavr"a bənzər orijinal sistemə çevrilir.

"Centaur" modeli üç sərbəstlik dərəcəsinə malik iki robot ayaqdan və elastik manjetlərlə bel hissəsinə bərkidilən gövdədən ibarətdir. Ekzoskelet daşınacaq yükü öz üzərinə götürməklə, bel nahiyəsini dəstəkləyir, həmçinin insanın hərəkətini asanlaşdırmaq üçün irəli istiqamətdə əlavə güc verməyi bacarır.

Sistemin istiqamətini insan müəyyən edir və bütün qərarları o verir. Robotun vəzifəsi isə yükü bölüşdürmək, tarazlığı saxlamaq, pilləkənlərdə, enişli-yoxuşlu yollarda, eləcə də nahamar səthlərdə adam gedən zaman hərəkəti asanlaşdırmaqdır.

Beş nəfərin üzərində aparılan sınaqlarda iştirakçılar 20 kiloqram əlavə yük daşıyıblar. Nəticələrə görə, "Kentavr adam"ı hərəkətə gətirən ekzoskelet yükün təxminən 52 fazini öz üzərinə götürə bilib ki, bununla da, yeni sistem insanın enerji sərfiyyatını təxminən 35 faiz azaldıb.

Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
reyting.az

1Mənbələr