Bakı. Trend:
Bəhreynin Daxili İşlər Nazirliyi İranın Məhrək bölgəsindəkiyanacaq anbarına endirdiyi zərbədən sonra meydana gələn güclüyanğının görüntülərini yayıb.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Görüntüdə əraziyə səfərbər olunmuş xilasedicilərin sürətləyayılan alovu söndürməyə çalışdığını görmək olur.
Qeyd edək ki, ABŞ hərbi dəniz qüvvələrinin Beşinci Donanmasınınbazası Bəhreyndə yerləşir və ölkə mütəmadi olaraq İranın raket-dronhücumlarına məruz qalır.
Fevralın 26-da Cenevrədə İranın nüvə proqramı ilə bağlı ABŞ–İrandanışıqlarının üçüncü raundu keçirilsə də, razılaşma əldəolunmayıb.
Fevralın 28-də ABŞ və İsrail İranın hərbi obyektlərinəgenişmiqyaslı zərbələr endirib. Hücumlar nəticəsində İranın AliLideri Ayətullah Seyid Əli Xamenei və bir sıra yüksək rütbəlihərbi-siyasi şəxslər həlak olub. İran isə buna cavab olaraq İsrailəvə regiondakı ABŞ bazalarına raket və dron hücumları həyatakeçirib.
Sonrakı günlərdə qarşıdurma genişlənib. ABŞ Hind okeanındaİranın “IRIS Dena” freqatını batırıb, martın 8-də isə Seyid MuctabaXamenei İranın üçüncü Ali Lideri seçilib. Münaqişə regiondatəhlükəsizliyi və enerji bazarını ciddi risk altına salıb.