AZ

"Shell" fors-major vəziyyət elan etdi - Səbəbi isə...

Dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) ticarətçisi olan "Shell", "QatarEnergy"dən aldığı və dünya üzrə müştərilərinə satdığı LNG yüklərinə qarşı fors-major vəziyyət elan edib.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" yazıb. 

Məlumata görə, dünyanın ikinci ən böyük mayeləşdirilmiş təbii qaz ixracatçısı olan Qətər ötən həftə ildə 77 milyon ton istehsal edən zavodun fəaliyyətini dayandırıldığını və mayeləşdirilmiş təbii qaz daşınmalarına qarşı fors-major vəziyyət elan etdiyini açıqlamışdı. 

Qeyd olunur ki, "TotalEnergies" və bəzi Asiya şirkətləri də daxil olmaqla, digər Qətər LNG alıcıları Qətərdən fors-major bildirişləri alıb və müştərilərə obyektlər bağlı qaldığı müddətcə onlara Qətər LNG satmayacaqlarını bildiriblər.

Qətərin enerji naziri Saad əl-Kaabi ötən həftə "Financial Times" qəzetinə verdiyi açıqlamada müharibə bu gün bitsə belə, normal tədarüklərə qayıtmaq üçün "həftələr və aylar" lazım olacağını bildirib.  

Gülayə Mecid 

Seçilən
2
1
unikal.az

2Mənbələr