AZ

Küveytə PUA hücumu: Yaralılar var

Küveyt ölkənin cənubunda bir binanı hədəf alan pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində 2 nəfərin yaralandığını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Küveyt ordusunun Müdafiə Nazirliyinin sözçüsü polkovnik Səud əl-Atvan bildirib ki, Küveytin cənubunda bir pilotsuz uçuş aparatı (PUA) binaya dəyib və hadisə nəticəsində 2 nəfər yaralanıb.

Yaralılar müalicə altına alınıb, hədəfə alınan binada isə maddi ziyan meydana gəlib.

Küveytin rəsmi xəbər agentliyi KUNA-ya danışan yanğınsöndürmə xidmətinin sözçüsü Məhəmməd əl-Qarib bildirib ki, hədəfə alınan binada yaşayanlar təxliyə edilib və baş verən yanğın söndürülüb.

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr