Bakı.Trend:
ABB-nin dəstəyi, “Facemark” şirkətinin təşkilatçılığı ilə“Gülüstan” sarayında II Qadın Liderləri Zirvəsi keçirilib. TədbirdəAzərbaycandan və ölkə xaricindən müxtəlif fəaliyyət sahələrinitəmsil edən qadın liderlər bir araya gəlib.
ABB-nin Baş direktoru Aynur Süleymanlı iştirakçılara ABB-ninqadınlara bərabər imkanlar mühitinin yaradılması məqsədilə həyatakeçirdiyi layihələr barədə danışıb. Bankın son illərdə qadınliderlərin inkişafı sahəsində əldə etdiyi nailiyyətləri diqqətəçatdırıb.
ABB-nin Əməliyyat departamentinin direktoru Nərgiz Aslanovapanel müzakirəsində iştirakçılarla öz şəxsi inkişaf təcrübəsinibölüşüb.
Müzakirələr “Zirvəyə gedən yol”, “Zirvədəki baryerlər vəmaneələr”, “Zirvədə davamlılıq və dayanıqlılıq” mövzularında 3 əsaspanel üzrə aparılıb.
Tədbir zamanı keçirilən müsabiqənin qaliblərinə ABB-ninhədiyyələri də təqdim olunub.
II Qadın Liderləri Zirvəsi ölkəmizdə qadın liderliyiningücləndirilməsi və gələcək nəsil liderlərin formalaşdırılmasınatöhfə verən əhəmiyyətli platforma kimi yadda qalıb.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internetsəhifəsi https://abb-bank.az/,937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindənəldə etmək mümkündür.