AZ

Mediatorların ixtisasartırma və ilkin hazırlıq kurslarının yeni mərhələsinə başlanılıb

Newscenter.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Respublikası Mediasiya Şurasının təlim qurumu olan AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən mediatorlar üçün mediatorların ixtisasartırma və ilkin hazırlıq kursları təşkil edilib.Newscenter.az xəbər verir ki, mediatorların ixtisasartırma kursunda 30 nəfər, mediatorların ilkin hazırlıq kurslarında isə 53 nəfər mediator iştirak edib.Kursların açılış tədbirində çıxış edən Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov cəlb edilən mediatorluğa namizədlərə Mediasiya Şurasının fəaliyyətindən və mediasiya sahəsində aparılan islahatlardan söz açıb. O qeyd edib ki, mediator peşəsi yaradıcı olmaqla bərabər, gərgin, stresli peşədir və bu peşəni vicdanla yerinə yetirmək hər bir mediatorun borcudur. Tədbirdə həmçinin açılış nitqi ilə çıxış edən Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov mediatorların yeganə təlim qurumu olan Ədliyyə Akademiyasının bu sahədəki fəaliyyətindən bəhs edib və mediatorların təlimlərinin daha intensiv, daha keyfiyyətli olacağını, tədrisin bu sahədəki əhəmiyyətini dilə gətirib.Süleyman

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
newscenter.az

1Mənbələr