AZ

Tonlarla neft verib hava hücumundan müdafiə sistemi aldılar

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Birləşmiş Ərəb Əmirliyi İranın raket hücumlarından qorunmaq üçün Cənubi Koreyadan təcili silah tədarükü həyata keçirib. Rəsmi Abu-Dabi yüksək effektivliyi ilə seçilən Cheongung-II hava hücumundan müdafiə sistemlərini vaxtından əvvəl almaq üçün Seula 6 milyon barel xam neft verib.Demokrat.az bildirir ki, yerli medianın yaydığı məlumata görə BƏƏ-yə məxsus hərbi nəqliyyat təyyarəsi artıq Daegu hava limanına eniş edərək raketləri qəbul edib.Koreyanın "Patriot" sistemi sayılan bu texnika real döyüş şəraitində İranın hücumlarını 96 faiz dəqiqliklə dəf etməyi bacarıb. Məhz bu yüksək göstərici ərəb ölkəsinin tədarükü sürətləndirməsinə səbəb olub.Cənubi Koreya parlamentinin Müdafiə Komitəsinin üzvü Yu Yong-weon qeyd edib ki, sistemin ilk dəfə genişmiqyaslı qarşıdurmada istifadə olunması ekspert diqqətini bura yönəldib. Onun sözlərinə görə BƏƏ tərəfindən buraxılan 60-a yaxın raket hədəfləri demək olar ki tam məhv edib. Hadisələrin fonunda istehsalçı LIG Nex1 şirkətinin səhmləri fevral ayı ilə müqayisədə 47 faiz dəyər qazanıb.Beynəlxalq təhlilçilər ABŞ istehsalı olan bahalı sistemlərin yerini daha ucuz və effektiv Koreya silahlarının alacağını proqnozlaşdırır. Məsələn Amerikanın Patriot raketlərinin bir ədədi 3,7 milyon dollara başa gəldiyi halda Cheongung-II sistemi cəmi 1,1 milyon dollara təklif olunur. Bu qiymət fərqi və son uğurlu sınaqlar Cənubi Koreyanın müdafiə sənayesini regionun əsas oyunçusuna çevirir.BƏƏ və Cənubi Koreya arasında baş tutan bu qeyri-adi mübadilə hərbi əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Enerji resurslarının silahla əvəzlənməsi bölgədəki gərginlik fonunda strateji addım kimi qiymətləndirilir. Proseslərin gedişatı digər körfəz ölkələrinin də oxşar müqavilələrə maraq göstərəcəyindən xəbər verir.İslam

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
demokrat.az

1Mənbələr